Almaniya Danimarka və Qrenlandiya əhalisinə tam dəstək ifadə edib.
APA xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.
O bildirib ki, Almaniya NATO üzvü kimi Arktikada təhlükəsizliyin gücləndirilməsinə sadiqdir.
Merzin sözlərinə görə, gömrük rüsumlarının tətbiqi ilə bağlı səsləndirilən təhdidlər transatlantik münasibətlərə zərər vurur və gərginliyin artması riskini yaradır.
Kansler vurğulayıb ki, Almaniya müttəfiqləri ilə birlikdə regionda sabitliyin və təhlükəsizliyin qorunmasının tərəfdarıdır.
