Skip to content
Mart 11, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Aİ və MERCOSUR arasında azad ticarət sazişi imzalanıb
  • Gündəm

Aİ və MERCOSUR arasında azad ticarət sazişi imzalanıb

rubinroot Yanvar 18, 2026
696bfb2f5d981696bfb2f5d9821768684335696bfb2f5d97f696bfb2f5d980.jpg

Avropa və Cənubi Amerikanın MERCOSUR ölkələri arasında ticarət əlaqələrini genişləndirəcək yeni saziş imzalanıb.

APA xəbər verir ki, bu addım 1999-cu ildən davam edən müzakirələrdən sonra yekunlaşıb.

Paraqvayda keçirilən mərasimdə sənədi Avropa İttifaqının rəhbərləri və Cənubi Amerika ticarət bloku ölkələrinin yüksək səviyyəli nümayəndələri imzalayıblar.

Yeni razılaşma, Avropa ilə Cənubi Amerika ölkələrini birləşdirən 700 milyonluq əhalini əhatə edən böyük azad ticarət sahəsi yaradacaq. Boliviya qrupun üzvü olsa da, ilkin mərhələdə sazişdə iştirak etməyəcək.

Qeyd edək ki, sənəd Aİ-dəki 27 ölkədən 21-nin dəstəyilə təsdiqlənib. Yeni ticarət zonası ABŞ-ın gömrük siyasətinə qarşı bir balans vasitəsi kimi də qiymətləndirilir. Saziş çərçivəsində malların böyük əksəriyyətinə gömrük vergisi tətbiq olunmayacaq, bu isə Avropadan Cənubi Amerikaya ixracı təxminən 40 faiz artıracaq.

Mütəxəssislər qeyd edirlər ki, bu razılaşma Avropa avtomobil, maşınqayırma və əczaçılıq sektorları üçün yeni imkanlar yaradacaq. Əks istiqamətdə Avropa əsasən kənd təsərrüfatı məhsulları və xammal alacaq.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Ursula von der Leyen Trampın rüsumlarının transatlantik münasibətləri sarsıdacağını bildirib
Next: İraq ordusu ABŞ qoşunlarının geri çəkilməsindən sonra Ayn əl-Əsəd bazasına nəzarəti tam təmin edib

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.