İran hakimiyyəti İraqla sərhədə bitişik bölgədə hava məkanının bağlanması barədə göstəriş verib.
APA xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, İran İraqdan istiqamətlənən təyyarələr üçün hava məkanını bağlayıb.
Bundan bir gün öncə Tehran Bağdada müraciət edərək İslam Respublikasına planlaşdırılan mülki reyslərin İranla əvvəlcədən razılaşdırılmadan həyata keçirilməməsini xahiş edib.
