Skip to content
Ocak 14, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • AAK Əminağa Sadıqovun professor dərəcəsindən məhrum edilməsinin səbəbini açıqlayıb
  • Gündəm

AAK Əminağa Sadıqovun professor dərəcəsindən məhrum edilməsinin səbəbini açıqlayıb

Rubin Az Ocak 14, 2026
6967a07fb8c9e6967a07fb8c9f17683989756967a07fb8c9c6967a07fb8c9d.webp.webp

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədr müavini, Sumqayıt Dövlət Universitetinin rektor əvəzi Əminağa Sadıqovun professor elmi dərəcəsindən məhrum edilməsinin səbəbini açıqlayıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Komissiyasının sədr müvini Sakin Cabbarov məlumat verib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 26.12.2025-ci il tarixli qərarı ilə Əminağa Bəhmən oğlu Sadıqov Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 8.3.2-ci yarımbəndinə əsasən elmi ad verilməsi proseduru pozulduğu səbəbindən professor elmi adından məhrum edilib.

Qeyd edək ki, bir müddət əvvəl Əminağa Sadıqovun professor elmi dərəcəsindən məhrum edilməsi ilə bağlı xəbərlər yayılmışdı.

About the Author

Rubin Az

Administrator

View All Posts

Post navigation

Previous: ​​​​​​​Şamaxı–Qonaqkənd avtomobil yolunda torpaq sürüşməsi olub
Next: Qrenlandiyanın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.