Skip to content
Ocak 14, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Hizbullah tərksilah prosesinin vətəndaş müharibəsinə səbəb ola biləcəyinə dair xəbərdarlıq edib
  • Gündəm

Hizbullah tərksilah prosesinin vətəndaş müharibəsinə səbəb ola biləcəyinə dair xəbərdarlıq edib

Rubin Az Ocak 14, 2026
696767a954af8696767a954af91768384425696767a954af6696767a954af7.png

Hizbullahın yüksək vəzifəli nümayəndəsi Livan hökumətini xəbərdar edib ki, ölkə üzrə təşkilatın tərksilah istiqamətində addımları xaos və hətta vətəndaş müharibəsinə səbəb ola bilər.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, Livan 2024-cü ildə Hizbullahla İsrail arasında başa çatan dağıdıcı müharibədən sonra ölkədə bütün silahları dövlət nəzarətinə almağı öhdəsinə götürüb. Lakin Hizbullah bildirir ki, razılaşma yalnız İsraillə sərhəd olan Livanın cənub bölgəsinə aiddir və digər ərazilərdə silah arsenalını verməkdən imtina edir.

Hizbullahın yüksək səviyyəli siyasi nümayəndəsi Mahmud Qmati Rusiyanın dövlət mediası RT-yə deyib ki, silahlar üzərində dövlət monopoliyasının şimal bölgələrinə qədər genişləndirilməsi “dövlət tərəfindən edilən ən böyük cinayət” olardı: “Livan hökuməti və dövlət institutlarının seçdiyi yol ölkəni qeyri-sabitliyə, xaosa və bəlkə də vətəndaş müharibəsinə aparacaq”.

O, həmçinin, qeyd edib ki, Hizbullah Livan ordusu ilə qarşıdurmaya getməyəcək.

Qeyd edək ki, Livan ordusu ötən həftə Litani çayı ilə İsrail sərhədi arasındakı ərazidə əməliyyat nəzarətini ələ aldığını açıqlayıb. Hökumət isə ordudan tərksilah prosesini ölkənin digər ərazilərində də aparmasını istəyir.

About the Author

Rubin Az

Administrator

View All Posts

Post navigation

Previous: Uitkoff və Kuşner tezliklə Moskvada Putinlə görüşə bilər
Next: Türkiyə Ermənistanla sərhəddəki “Alican” keçid məntəqəsində təmir işlərini yekunlaşdırır

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.