Ötən il Qazaxıstanın “KazMunayQaz” milli şirkətinin (KMQ) törəməsi “Kazmortransflot” Aktau-Bakı-Aktau fider xətti üzrə iyirmi futluq ekvivalentdə (TEU) 59,4 min konteyner daşınıb.
Bu barədə “APA-Economics” “KazMunayQaz”ın rəsmi məlumatına istinadən xəbər verir.
Məlumata görə, daşımaların həcmi 2024-cü illə müqayisədə (51,4 min TEU) 15 faizdən çox artıb. Müsbət dinamika Tranzit Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz – red.) üzrə daşımalarına tələbin artması ilə şərtlənir.
“Daşımaların həcminin ardıcıl şəkildə artırılması “Kazmortransflot” şirkətinin etibarlı dəniz logistikasının təmin edilməsində, ixrac-tranzit marşrutlarının şaxələndirilməsində, eləcə də Asiya ilə Avropa arasında multimodal daşımaların inkişafında əsas rolunu təsdiqləyir”, – məlumatda qeyd olunur.
