Çərşənbə, 25 Noyabr 2026 16:13:00 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
25 Noyabr 2026
SON XƏBƏRLƏR
Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?25.11.2026 15:00 Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb25.11.2026 12:00 Bu ölkədə ayılar 37 nəfəri öldürüb25.11.2026 09:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?25.11.2026 15:00 Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb25.11.2026 12:00 Bu ölkədə ayılar 37 nəfəri öldürüb25.11.2026 09:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00
Gündəm

Müsabiqə yolu ilə prokurorluq orqanlarına qəbul edilmiş gənclərin andiçmə mərasimi keçirilib

13.01.2026 11:35 · 2 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycan Respublikasının Baş Prokurorluğunda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.

APA xəbər verir ki, prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub.

Tədbirdən öncə Baş Prokurorluğun rəhbərliyi Ümummilli lider Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil qoyub.

Mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev qeyd edib ki, cari il Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xüsusi məna kəsb edir. Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi müstəqil dövlətçilik tariximizin əsas sütunlarına verilən ali dəyərin bariz ifadəsidir. Bu il ərzində dövlətimizin xarici siyasət sahəsində əldə etdiyi mühüm nailiyyətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin daha da möhkəmlənməsini təmin edib. Prezident İlham Əliyevin məqsədyönlü və praqmatik diplomatik fəaliyyəti nəticəsində Azərbaycan bu gün etibarlı, təşəbbüskar və nüfuzlu tərəfdaş kimi tanınır.

Baş prokuror bildirib ki, bu gün qulluğa qəbul olmuş gənclərdən 1-i Vətən müharibəsinin, 1-i isə Azərbaycan Respublikasının suverenliyinin bərpası uğrunda 19-20 sentyabr 2023-cü il tarixdə qanunsuz erməni silahlı birləşmələrinə qarşı keçirilmiş antiterror əməliyyatlarının iştirakçısıdır.

Qeyd edilib ki, 2020-ci ildə Vətən müharibəsinin başa çatmasından sonra keçirilmiş 6 müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanmış 24 nəfər Vətən müharibəsi iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib. Onlardan 2 nəfəri 2020-ci ildə, 10 nəfəri 2021-ci ildə, 6 nəfəri 2022-ci ildə, 3 nəfəri 2023-cü ildə, 2 nəfəri 2024-cü ildə, 1 nəfəri isə 2025-ci ildə elan edilmiş müsabiqə üzrə uğur qazanıb.

Kamran Əliyev qeyd edib ki, Baş Prokurorluq tərəfindən 15 aprel 2024-cü il tarixdə elan edilmiş sayca 26-cı müsabiqə üzrə 19 nəfəri qız olmaqla 56 namizəd müvəffəqiyyət qazanıb.

Baş Prokurorluq üzrə 13.01.2025-ci il tarixli əmrə əsasən, onların müvafiq vəzifələrə təyinatlarının aparılması nəticəsində müsabiqə yolu ilə qulluğa qəbul edilmiş prokurorluq işçiləri prokurorluğun kadr korpusunun 93.2 %-ni təşkil edib: “30 sentyabr 2025-ci il tarixdə başa çatdırılmış və müsabiqədə iştirak etmək üçün 259-u (74.2 %) oğlan, 90-ı (25.8 %) qız olmaqla, müraciət edilib və müsabiqə şərtlərinə cavab verən 349 namizəd qeydiyyata alınıb. 10 oktyabr 2025-ci ildə test imtahanı keçirilib və imtahanda 321 namizəd iştirak edib. Onlardan 174 namizəd, o cümlədən 125 oğlan (72 %), 49 qız (28 %) müsabiqənin yazılı imtahan mərhələsində iştirak etmək hüququ qazanıb”.

Baş prokuror bildirib ki, 14 noyabr 2025-ci il tarixdə müsabiqənin yazılı imtahan mərhələsi keçirilib və imtahanda 171 namizəd (123 oğlan, 48 qız) iştirak etmiş və yazılı imtahan işləri yoxlanılaraq nəticədə 71 namizəd, o cümlədən 59 (83.1 %) oğlan, 12 (16.9 %) qız müvəffəqiyyət qazanıb: “Ötən il prokurorluq orqanlarına qəbul üçün imtahan verən şəxslərdən biri sabiq prokurorluq işçisi olub. Əvvəllər öz arzusu ilə qulluq keçməsinə xitam verilib”.

↑