Yanğın baş verən əraziyə 6 təcili yardım briqadası cəlb olunub.
“Rubin.az” xəbər verir ki, bu barədə ONA-ya Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat verib.
O bildirib ki, yanğın səhər saatlarında baş verdiyi üçün binada çox az adam oldugundan, xəsarət və zəhərlənmə ilə bağlı müraciət edən yoxdur.
Hazırda təcili yanğın briqadaları yanğın baş verən ərazidədir.
Bakıda ticarət mərkəzində baş vermiş yanğının söndürülməsinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı yaralanıb.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əli yaralanan şəxs 3 saylı şəhər Klinik Xəstəxanasına aparılıb.
6 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimi report-a bildirib ki, yanğında ümumilikdə 10 nəfər zəhərlənib. Hadisə ilə əlaqədar xəstəxanaya gətirilən yoxdur.