Azərbaycanın Prezidenti İlham Əliyev Yunanıstanın ölkə başçısı Prokopis Pavlopulosu Müstəqillik Günü münasibətilə təbrik edib.
“Rubin.az” xəbər verir ki, təbrikdə deyilir: “Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.