Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Göyçaylı məktəblilər “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Şimal-şərq bölgəsinə yola düşüblər
  • Təhsil

Göyçaylı məktəblilər “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Şimal-şərq bölgəsinə yola düşüblər

rubinroot Mart 23, 2019
IMG_2838

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalarin növbəti mərhələsinə start verilib.

“Rubin.Az”-ın bölgə müxbiri Davud Tarverdiyev  xəbər verir ki, tur-aksiya çərçivəsində mart ayının 23-də səhər saatlarında Göyçay rayonundan olan 40 nəfər şagird Qəbələ-Şəki-Zaqatala üzrə tur aksiyada iştirak etmək üçün yola salınıblar. Rayon icra hakimiyyətinin və təhsil şöbəsi işçilərinin, valideynlərin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən yolasalma mərasimində əvvəlcə müasir Azərbaycan dövlətinin qurucusu və memarı olan ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Yolasalma mərasimində Göyçay rayon İcra Hakimiyyətinin başçısının birinci müavini çıxış edərək Prezident İlham Əliyev cənablarının təşəbbüsü ilə keçirilən tur-aksiyaların yeniyetmələrin vətənpərvərlik sahəsində tərbiyəsində, onların vətənimizin tarixini, maddi-mədəniyyət abidələrini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Valideynlər çıxışlarında şagirdlərin dünyagörüşünün yüksəlməsində, onların azərbaycançılıq ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edən tur-aksiyaların təşkilinə görə dövlət başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.
Mərasimdən sonra əllərində üçrəngli Azərbaycan bayrağı olan tur-aksiya iştirakçıları musiqi sədaları altında hər cür şəraiti olan avtobusla Qəbələ-Şəki-Zaqatala  rayonuna yola düşüblər. Məktəbliləri rayon icra hakimiyyətinin nümayəndəsi, yüksək təşkilatçılıq qabiliyyətinə malik 4 nəzarətçi müəllim və həkim müşayiət edir. Xatırladaq ki, tur-aksiya mart ayını 26-da başa çataçaq.

 

Davud Tarverdiyev 

                                           

 

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Bu şəxslərə gələn aydan Prezident təqaüdü veriləcək
Next: Prezident İlham Əliyev iraqlı həmkarına başsağlığı verdi

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.