Çərşənbə axşamı, 24 Noyabr 2026 06:17:16 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
24 Noyabr 2026
SON XƏBƏRLƏR
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00
Gündəm

Şəhid Teymur Qasımov-un ailəsi ziyarət olunub

21.03.2019 01:37 · 1. 669 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

 

Novruz bayramı münasibəti ilə Göyçaylı Şəhid ailəsinin evi bayram sovqatı ilə ziyarət olunub.
  “Rubin.Az”-ın bölgə müxbirinin məlumatına görə, Göyçay gənclər mərkəzinin və Fidanlar bağçasının kollektivi rayonun Aprel şəhidi Teymur Qasımovun ailəsində oldu.

Gənclər Mərkəzinin direktoru Anar Nağıyev çıxış edərək 2016-cı ilin Aprel döyüşlərini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dönüş nöqtəsi kimi qiymətləndirib. Direktor qeyd edib ki, Ordumuzun bu döyüşlərdə göstərdiyi şücaət belə deməyə əsas verir. Düşmən hücumlarına layiqli cavab verən igidlərimiz torpaqlarımızın sahibsiz olmadığını bir daha sübut ediblər. Ən başlıcası isə Aprel döyüşləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bir çox mətləblərə aydınlıq gətirib. Belə ki, Aprel döyüşləri Ermənistan ordusunun çox acınacaqlı bir durumda olduğunu sübut edib. Düşmən ordusunun maddi-texniki bazasını, təchizatını yalnız dünyanın ən geridə qalmış ölkələri ilə müqayisə etmək olar. Dörd günlük Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini, Ordumuzun peşəkarlığını göstərib.
Şəhidin atası Mikayıl Qasımov çıxış edərək oğlu ilə qürur duyduğunu və onun qanının yerdə qalmayacağına, düşmənlərdən qisasının alınacağına əminliyini bildirib.
O, şəhidlərin ölməzliyindən, onların əziz xatirəsinin daim yad edilməsindən söz açıb.
Qeyd edək ki, Göyçay rayonu Çaxırlı kənd sakini, 1996-cı il təvəllüdlü Teymur Qasımov da 2016-cı il aprelin 3-də Füzuli rayonunun Horadiz qəsəbəsində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin Sərəncamı ilə Teymur Qasımov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. Şəhid adının əbədiləşdirilməsi məqsədilə rayon icra hakimiyyəti başçısının sərəncamına əsasən Göyçay şəhərinin 49-cu məhəlləsindəki küçələrdən birinə Teymur Qasımovun adı verilib. Həmin ərazi rayonda yeni salınmış yaşayış məhəlləsidir, küçədə 50 ünvan var və 200 nəfər əhali yaşayır.

Davud Tarverdiyev

 

↑