Cümə axşamı, 15 Oktyabr 2026 09:38:56 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Siyasət

Vilayət Eyvazov idarə rəislərinə tapşırıq verdi – Video

31.05.2024 15:55 · 4 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 30-da və 31-də Yardımlı Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. 

Bildirilib ki, qəbul Rayon Polis Şöbəsinin inzibati binasında keçirilib.

Yardımlı, Astara, Lerik, Masallı, Lənkəran şəhər və rayonlarından qəbula gələn 264 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

21 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 92 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

↑