Cümə axşamı, 15 Oktyabr 2026 09:37:45 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Siyasət

Azərbaycan və Pakistan XİN başçılarının təkbətək görüşü keçirilir

30.05.2024 12:28 · 3 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun pakistanlı həmkarı ilə təkbətək və geniş tərkibli görüşü olub.

RUBİN.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində hədəfləri bölüşüblər.

Bildirilib ki, XİN rəhbəri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində Baş nazirin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darla görüşdə müxtəlif mövzular ətrafında geniş müzakirələr aparıb.

“Görüşlərdə regional və qlobal səviyyədə hər iki ölkənin mövqelərini daha da möhkəmləndirən çoxtərəfli əməkdaşlıq gündəmdə əsas yer tutub”, – XİN-dən bildirilib.

↑