Cümə axşamı, 15 Oktyabr 2026 11:05:03 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Siyasət

Putinlə Szinpin arasında görüş başladı

16.05.2024 09:28 · 4 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Rusiya Prezidenti Vladimir Putinin Çinə dövlət səfəri başlayıb.

Axar.az xəbər verir ki, Pekində Çin Xalq Respublikasının Sədri Si Szinpin ilə Rusiya Prezidenti Vladimir Putinin görüşü olub.

Si Szinpin Vladimir Putini salamlayıb, növbəti dəfə Rusiya prezidenti seçilməsi münasibəti ilə onu təbrik edib.

Artıq liderlər arasında məhdud tərkibdə görüş başlayıb.

Bu, Vladimir Putinin yeni prezidentlik müddəti başlayandan bəri ilk xaricə səfəridir.

Qeyd edək ki, Rusiya Prezidentinin Çinə dövlət səfəri 2 gün davam edəcək.

↑