Cümə axşamı, 15 Oktyabr 2026 11:59:31 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Siyasət

Adil Əliyev Tatarıstan Respublikasının Povoljye Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universitetinin nümayəndə heyəti ilə görüşüb.

08.04.2024 14:54 · 1 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Milli Məclisin sədr müavini, parlamentin Gənclər və İdman Komitəsinin sədri   Adil Əliyev Milli Məclisdə ölkəmizdə səfərdə olan Tatarıstan Respublikasının Povoljye Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universitetinin rektoru Rafis Burqanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Rubin.Az xəbər verir ki, millət vəkili görüşdə ölkələrimiz arasındakı münasibətlər, eləcə də Azərbaycanın dünyada idman ölkəsi olaraq tanınması və bir çox nüfuzlu olimpiadalara, idman yarışlarına evsahibliyi etməsini qeyd edib. Bu sahədə Prezident İlham Əliyevin apardığı sistemli islahatlardan, idmançılarının qayğılarının hər zaman dövlət başçısının diqqətində olmasından bəhs edib.

Görüşdə idman sahəsində qarşılıqlı müsbət təcrübələrdən istifadə olunması məsələləri müzakirə olunub.

↑