Bazar, 29 Noyabr 2026 18:00:29 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00
Manşet

Vitse-spiker şəhid ailələri üçün iftar süfrəsi açıb – FOTOLAR

07.04.2024 16:37 · 4 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Aprelin 5-də paytaxtın Nərimanov rayonunda şəhid ailələri və qazilər üçün iftar məclisi təşkil olunub.

Bakıdan, ayrı-ayrı şəhər və rayonlarımızdan təşrif buyurmuş şəhid ailələrinin, qazilərin, millət vəkillərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə öncə şəhidlərimizin əziz xatirəsinə sayğı duruşu elan olunub, daha sonra Dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev şəhid ailələri, qazilər və bütün tədbir iştirakçılarını qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək, bu bayramı ilk dəfə ərazi bütövlüyü və suverenliyi bərqərar olunmuş ölkə kimi qürurla qeyd etdiyimizi bildirib:

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman ordumuzun şücaəti sayəsində ölkəmiz böyük Zəfər qazanaraq, tarixi ədaləti bərpa edib. Fədakar Vətən övladlarının əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq.

Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərə yüksək diqqət və qayğısını xüsusi minnətdarlıqla qeyd edirik.

Ali dövlət rəhbərliyinin şəhid ailələrinə, qazilərə həssas münasibəti bizim hər birimizçün örnəkdir.

Bir neçə gün öncə – martın 31-də Azərbaycanlıların 1918-ci ildəki soyıqrımının 106-cı, fevralın 26-da isə Xocalı Soyqrımının 32-ci ildönümünü ümumxalq hüznü ilə, dövlət səviyyəsində və bütün dünya azərbaycanlıları olaraq qeyd etdik. Biz ll Qarabağ müharibəsindən, 2023-cü il sentyabrındakı lokal antiterror tədbirlərindən sonra böyük qürur hissi ilə deyirik ki, bütün dönəmlərdəki şəhidlərimizin qisası alınıb, onların ruhu şaddır.

Bu günkü müstəqil, güclü Azərbaycan əcdadımızın ruhunu şad edən ən əsas faktor, ən əziz səfvətimizdir.

Bu duyğular içində əziz şəhidlərimizin ruhunu bir daha ehtiramla yad edir, doğmalarına, qazilərimizə, siz dəyərli tədbir iştirakçılarının hər birinə ən xoş srzularımızı yetirirəm!

Dəvətimizi qəbul edib, təşrif buyurduğunuz üçün çox sağ olun!

Ramazan bayramınız mübarək olsun”!

Tədbirdə çıxış edən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev iftar süfrəsini könül süfrəsi adlandırıb, ürək sözlərini bölüşüb: “Şəhid ailələrimiz bizim baş tacımızdır. Əlamətdar günlərdə, bayramlarda ilk yad etdiyimiz insanlar məhz onlardır.

Mən də öz adımdan və təmsil etdiyim qurumlar adından hər birinizi Ramazan bayramı ilə bağlı təbrik edir, möhkəm cansağlığı, iş avandlığı diləyirəm”!

Şəhid ailələrinin, qazilərin ürək sözləri dinləndikdən sonra “Qurani-Kərim”dən ayələr oxunub, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı, Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən övladlarının ruhuna dualar oxunub.

↑