Cümə axşamı, 15 Oktyabr 2026 13:39:13 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Siyasət

ABŞ və Avropa İttifaqı Ermənistanın əli ilə Cənubi Qafqazda yeni müharibəyə başlamaq istəyir.

30.03.2024 22:23 · 1 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

ABŞ və Avropa İttifaqı Ermənistanın əli ilə Cənubi Qafqazda yeni müharibəyə başlamaq istəyir.

Artıq Ermənistanla Azərbaycanın şərti sərhəd xəttinə Ermənistanın hərbi texnikalar cəmləşdirilməsi ilə əlaqədar videokadrlar yayılır. Aprelin 5-də ABŞ və Avropa İttifaqının Ermənistanla bağlamaq istədiyi hərbi pakt nəinki Azərbaycan xalqına və dövlətinə qarşıdır, bütün region üçün böyük təhdiddir. Rusiya artıq bu hərbi paktı kəskin pislədi və Ermənistana açıq xəbərdarlıq etdi.

“Qırmızı xətlər” barədə danışmağı sevən İran isə hələ də susur. Bu hərbi paktla əlaqədar region ölkələri – Gürcüstan, qardaş Türkiyə də öz qəti mövqeyini bildirməlidir. Ermənistan yenə də alət kimi istifadə olunmasının fərqinə varmalı və odla oynamamalıdır. Azərbaycan dövləti özünə qarşı heç bir təhdidi qəbul etməyəcək. Azərbaycanın iradəsindən kənarda Cənubi Qafqazda istənilən təşəbbüs qabaqcadan fiasko deməkdir.

↑