Cümə axşamı, 15 Oktyabr 2026 13:39:43 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Siyasət

G7 liderləri Rusiyanın aktivlərinin müsadirəsini nəzərdən KEÇİRƏCƏKLƏR

21.03.2024 20:51 · 1 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Bir sıra G7 liderləri Ukraynaya hərbi yardım göstərmək üçün Rusiyanın dondurulmuş aktivlərini geri götürməyi nəzərdən keçirəcək.

“Unikal” xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazır.

Nəşrin yazdığına görə, Aİ liderləri Brüsseldə görüşəcək və Ukraynaya hərbi və maliyyə dəstəyinin köklü şəkildə artırılması yollarını müzakirə edəcəklər.

“Baş nazirlər Rusiyanın dondurulmuş aktivlərindən milyardlarla avronun müsadirə edilməsi və pulun Kiyevə göndərilməsi planlarını nəzərdən keçirəcək”, materialda deyilir.

Qeyd olunur ki, ilk dəfə olaraq potensial sistem və iqtisadi riskləri ehtiva edən hüquqi cəhətdən əsaslandırılmış təklif irəli sürüləcək.

↑