Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Adil Əliyev növbəti dəfə seçicilərlə görüşdü
  • Manşet
  • Siyasət

Adil Əliyev növbəti dəfə seçicilərlə görüşdü

rubinroot Mart 16, 2024
136695647c4dcac78d1bd3361bdcd435

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev 16 mart tarixində Milli Məclisə deputat seçildiyi Nərimanov rayonu 20 saylı II seçki dairəsinin ərazisində seçicilərlə görüşüb.

Rubin.az xəbər verir ki, seçicilərlə görüşərək söhbət edən sədr müavini vətəndaşları maraqlandıran mövzular ətrafında geniş müzakirələr aparıb.

Habelə, vətəndaşların müxtəlif mövzulara həsr olunmuş müraciətlərini dinləyib. Müraciətlərin həlli istiqamətində müvafiq addımlar atılıb.

Eləcə də, seçicilərin övladları ilə görüşən vitse-spiker onlarla vətənpərvərlik mövzusunda diskussiya aparmış, milli-mənəvi dəyərlərin vacibliyi kimi mühüm mövzulara toxunmuşdur. Gələcək nəslin tərbiyəsində cəmiyyətin fəal iştirakına diqqət çəkərək, bu sahədə atılan addımların zərurətini eləcə də hər birimizin əsas vəzifəsi olmasını bildirib.

Vitse-spiker seçiciləri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmiş, bu bahar bayramının xalqımıza firavanlıq, əmin-amanlıq gətirməsini arzulayıb.

İştirak edən seçicilər səmimi görüşə görə öz minnətdarlıqlarını bildirmiş, görüşün sonunda xatirə şəkli çəkdirilmişdir.

Novruz bayramı münasibətilə gənclərə idman dəstləri, eləcə də, seçicilərə sovqatlar paylanıb.

 

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Bakıda “Prius” yük maşını ilə toqquşdu – ANBAAN VİDEO
Next: Vatsapda yeni funksiya: bunu etmək qadağan edildi

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.