Cümə axşamı, 15 Oktyabr 2026 11:05:50 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
İdman

Portuqaliyada tarix yazan “Qarabağ” Vətənə qayıdıb

16.02.2024 15:37 · 2 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada “Braqa” klubunu 4:2 hesabı ilə məğlub edən “Qarabağ” Vətənə qayıdıb.

Oxu.Az xəbər verir ki, komanda üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər, media nümayəndələri və futbolçuların yaxınları qarşılayıblar.

İlk dəfə Avropa Liqasının pley-off mərhələsində çıxış edən Ağdam klubunun qollarını Marko Yankoviç, Abdullah Zubir (2) və Olavio Juninyo vurublar.

Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

↑