Cümə axşamı, 15 Oktyabr 2026 11:09:19 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Digər

Əhmədin məhkəmədən çıxarkən görüntüləri – Yenilənib

14.02.2024 15:40 · 32 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Ailə üzvlərini amansızlıqla qətlə yetirməkdə ittiham edilən Əhməd Əhmədov məhkəməyə çıxarılıb.

“Qafqazinfo”nun məlumatına görə, Xətai Rayon Məhkəməsində keçirilən iclasda prokuror iddianaməsini elan edib.

Prokuror təqsirləndirilən şəxsin xüsusilə ağır cinayət törətdiyini qeyd edərək barəsində həbs qətimkan tədbiri seçilməsini tələb edib.

Məhkəmə təqdimatı təmin edib. Qərara əsasən, Ə.Əhmədov haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.

***

Baş Prokurorluqdan bildirilib ki, fevralın 13-də bir ailənin 5 nəfər ailə üzvünün qəsdən öldürülməsi faktı üzrə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il Əhməd Əhmədov həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

↑