Cümə axşamı, 15 Oktyabr 2026 11:06:22 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
İdman

“Real”ın avtobusu qəzaya uğradı

13.02.2024 08:50 · 3 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“Real”ın futbolçularını və məşqçilər heyətini daşıyan avtobus Çempionlar Liqasının 1/8 final mərhələsində “RB Leipzig”lə oyuna gedərkən qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “El Chiringuito TV” portalı məlumat yayıb.

Bildirilir ki, hadisə Almaniyada baş verib. Magistral yol ilə hərəkət edən avtomobilin sürücüsü “Real”ın futbolçularını aparan avtobusun görüntüsünü çəkməyə çalışıb. Bu zaman o, idarəetməni itirib və onun avtomobili ispan klubunun avtobusu ilə toqquşub. Xəsarət alan olmayıb.

Qeyd edək ki, bu gün “Red Bull Arena”da Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Real” və “RB Leypsiq” komandaları arasında ilk oyun keçiriləcək. Cavab oyunu bir martın 6-da Madriddə olacaq.

↑