Fevralın 5-də Şamaxı və Ağsu rayonlarında baş verən zəlzələ nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinlər üçün yeni evlər inşa edilir, tikintisi başa çatdırılan mənzillər vətəndaşların istifadəsinə verilir.
“Rubin.az” Ona-ya istinadən xəbər verir ki , Azərbaycan Prezidenti İlham Əliyev martın 6-da Ağsu rayonuna səfəri zamanı zəlzələ nəticəsində dağılan evlərin yerində yeni evlərin tikintisi prosesi ilə tanış olub, sakinlərlə görüşərək onların problemləri ilə maraqlanıb.
Ağsu sakini, şəhid anası Həcər Zamanova Prezident İlham Əliyevlə keçirdikləri görüş barədə təəssüratlarını ONA-nın yerli bürosu ilə bölüşüb.
Prezident İlham Əliyev martın 7-də Şamaxı rayonunda zəlzələdən ziyan çəkmiş Saray Eyvazova üçün bir ay ərzində tikilərək istifadəyə verilən yeni mənzilə gəlib, ailə üzvləri ilə görüşərək söhbət edib. Saray Eyvazova bu evin ona 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə dövlət başçısı İlham Əliyev tərəfindən ona böyük hədiyyə olduğunu deyib.