Dövlətimizin inkişafı, iqtisadiyyatın artımı, beynəlxalq təşkilatlarlarda söz sahibi olmağımız, ölkəmizin bugünkü qüdrəti, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərqərar olunması, işğaldan azad olunmuş ərazilərə geri qayıdış və görülən bütün uğurlu işlər məhz Prezident İlham Əliyevin gərgin əməyinin, diplomatik və hərbi bacarıqlarının nəticəsidir.
RUBİN.AZ xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini , Millət vəkili Adil Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd edib. Məktubda qeyd olunur: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdür, dövlət başçısının rəhbərliyində ölkəmiz 20 ildə əsrə bərabər yol keçib. Dövlətimizin inkişafı, iqtisadiyyatın artımı, beynəlxalq təşkilatlarlarda söz sahibi olmağımız, ölkəmizin bugünkü qüdrəti, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərqərar olunması, işğaldan azad olunmuş ərazilərə geri qayıdış və görülən bütün uğurlu işlər məhz Prezident İlham Əliyevin gərgin əməyinin, diplomatik və hərbi bacarıqlarının nəticəsidir. Qələbəmizin memarı, suverenliyimizin qarantı, şəhid ailələrinin və qazilərin, sosial qayğıya ehtiyacı olan şəxslərin ən əzizi, xalqımızın sevimli Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə ad günü münasibətilə uzun ömür, cansağlığı, möhtəşəm və yorulmaz fəaliyyətində uğurlar arzulayıram.”