Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Prezident görülən işlərlə yerində tanış olmaq üçün yenidən zəlzələ bölgəsində – Fotolar
  • Manşet
  • Rəsmi
  • Siyasət

Prezident görülən işlərlə yerində tanış olmaq üçün yenidən zəlzələ bölgəsində – Fotolar

rubinroot Mart 6, 2019
07

Fevralın 5-də və 6-da baş vermiş zəlzələ Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fəsadlar törətmişdi. Dövlət başçısının sərəncam və tapşırıqlarına əsasən təbii fəlakətin törətdiyi fəsadlar aradan qaldırılır. Sərəncamın icrası ilə əlaqədar görülən işlərlə yerində tanış olmaq üçün İlham Əliyev martın 6-da Ağsu rayonuna səfərə gəlib.

|”Rubin.az” xəbər verir ki, dövlət başçısı zəlzələ nəticəsində zərər çəkən evlərin yerində yenidən tikilməkdə olan evlərlə tanış olub. Prezident İlham Əliyev Xasayev küçəsinin sakini Gülarə Hökmrəvanın ailəsi üçün tikilməkdə olan yeni evə baxıb, ev sahibinin oğlu Tahir Hökmrəvanla söhbət edib.

Burada fövqəladə hallar naziri Kəmaləddin Heydərov dövlət başçısına zəlzələ zonasında görülən işlər barədə məlumat verib. Bildirildi ki, yaradılmış komissiyalar tərəfindən əhalinin müraciətlərinə əsasən indiyədək Şamaxıda 4893, Ağsuda 1461, İsmayıllıda 919 evə baxış keçirilib. Müəyyən olunub ki, Şamaxıda 244, Ağsuda 150, İsmayıllıda 97 ev kəskin qəzalıdır. Şamaxıda 1111 , Ağsuda 265, İsmayıllıda 262 evin bərpa-gücləndirməsinə ehtiyac var. Şamaxıda 1800, Ağsuda 1022, İsmayılıda, 354 evin isə təmirə ehtiyacı var. Bütövlükdə bu rayonlarda 88 ev sökülməyə hazırlanıb, 65 ev sökülüb və sökülməyə başlanıb, həmçinin 38 evin tikintisinə başlanılıb. Prezident İlham Əliyev tikinti-bərpa işlərinin sürətlə və keyfiyyətlə davam etdirilməsi ilə bağlı tapşırıqlarını verib.

Sonra dövlət başçısı Firdovsi küçəsinində Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni evdə görülən işlərlə tanış olub. Məlumat verildi ki, dağılmış evin yerində tikilən yeni ev 3 otaqdan ibarət olacaq. Burada normal yaşayış üçün hərtərəfli şərait yaradılacaq.

Prezident İlham Əliyev Ağsu şəhərində ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.




About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Nazirlər Kabineti minimum aylıq əməkhaqqının artırılması ilə əlaqədar əməkhaqlarının tənzimlənməsi üçün bir sıra qərarlar qəbul edib
Next: Prezident İlham Əliyevdən Azərbaycan qadınlarına – 8 Mart təbriki

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.