Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Nazirlər Kabineti minimum aylıq əməkhaqqının artırılması ilə əlaqədar əməkhaqlarının tənzimlənməsi üçün bir sıra qərarlar qəbul edib
  • İqtisadiyyat
  • Rəsmi

Nazirlər Kabineti minimum aylıq əməkhaqqının artırılması ilə əlaqədar əməkhaqlarının tənzimlənməsi üçün bir sıra qərarlar qəbul edib

rubinroot Mart 6, 2019
download

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 8 fevral tarixli 937 nömrəli Sərəncamı ilə mart ayının 1-dən minimum aylıq əməkhaqqı 50 manat (38,4%) artırılaraq 130 manatdan 180 manataçatdırılıb.

“Rubin.az”xəbər verir ki,bununla əlaqədar dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməkhaqlarının tənzimlənməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bir sıra qərarlar qəbul edilib.

2019-cu il 28 fevral tarixli 68 nömrəli Qərarda dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli (VTC) ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləğləri müəyyən edilib. 19 dərəcədən ibarət VTC üzrə əməyin ödənilməsinin birinci dərəcəsindən başlayaraq minimum əmək haqqı 180 manata çatdırılmaqla, bütün dərəcələr üzrə əmək haqqının artımı özünü göstərir.

Eyni zamanda, Nazirlər Kabinetinin 28 fevral 2019-cu il tarixli 71 nömrəli qərarında dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşlarının minimum məbləği 180 manat müəyyən edilməklə, ali, 1-ci, 2-ci və 3-cü kateqoriya dövlət orqanları üzrəbu məbləğlər artır.Nazirlər Kabinetinin 2019-cu il 28 fevral tarixli 69 nömrəli Qərarında dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının və 70 nömrəli Qərarında büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlardatədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərinəməyinin saathesabı ödənilməsinin məbləğləri də müəyyən edilib.

Dövlət başçısının qeyd edilən Sərəncamı ilə minimum əmək haqqının məbləğinin artırılması 600 minədək insanı əhatə edir ki, onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərib.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: 310 nəfərin 492 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib
Next: Prezident görülən işlərlə yerində tanış olmaq üçün yenidən zəlzələ bölgəsində – Fotolar

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.