Cümə axşamı, 15 Oktyabr 2026 11:59:25 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
İdman

Çempionlar Liqası: 6 komanda 1/8 finala vəsiqəni bu gün rəsmiləşdirə bilər

28.11.2023 10:27 · 2 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

UEFA Çempionlar Liqasında bu gün qrup mərhələsinin V turuna start veriləcək.

İlk gündə E, F, G və H qruplarında oyunlar keçiriləcək.

Bu qruplarda “Mançester Siti” və “Leyptsiq”dən sonra daha 6 komanda 1/8 finala vəsiqəni rəsmiləşdirə bilər. “Barselona”, “Atletiko” və Dortmund “Borussiya”sı qalib gəlsələr, avtomatik olaraq növbəti mərhələyə yüksələcəklər.

Həmçinin “Latsio”, PSJ və “Portu”nun da bu şansı var. Lakin onların taleyi təkcə özlərindən asılı deyil. İlk iki komanda bunu reallaşdırmaq üçün həm özləri, həm də qruplarında lider olan klublar qalib gəlməlidirlər. “Şaxtyor” öz meydanında “Antverpen”ə uduzsa və “Barselona” ilə “Portu” heç-heçə etsələr, Portuqaliya təmsilçisi də İspaniya nəhəngi ilə birlikdə 1/8 finala adlayacaq.

Qeyd edək ki, digər qruplarda V turun matçları noyabrın 29-da keçiriləcək.

↑