Milli Məclisin komandası Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş Parlamentlərarası futbol turnirində iştirak edib.
“Qardaş ölkənin Antalya şəhərində təşkil olunmuş turnirdə bu gün ilk yoldaşlıq oyunumuzu Rumıniya komandasına qarşı keçirdirik. Komandaların tərkibində millət vəkilləri və Parlament Aparatının əməkdaşları iştirak edir”
RUBİN. AZ xəbər verir ki, bu barədə Millət Vəkili Adil Əliyev məlumat verib. “Komandamıza uğurlar diləyirik, bizə yalnız Qələbə yaraşır!-deyə millət vəkili əlavə edib.
Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə bağlı Antalya şəhərində keçiriləcək parlamentlərarası beynəlxalq futbol turniri Noyabr ayının 23-27-si aralığında nəzərdə tutulub.