Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Alışanovun kadrları AzTV-dən çıxarılır
  • Siyasət

Alışanovun kadrları AzTV-dən çıxarılır

rubinroot Mart 5, 2019
50574250_2082553358702523_3747305845604483072_n

AzTV-nin yeni rəhbərliyi  kadr islahatlarını davam etdirir.

“Rubin.az” xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu dəfə işdən çıxarılanlar arasında QSC sədrinin köməkçisi Fərman Orucov və Kadrlar və Xüsusi işlər İdarəsinin rəisi Mənsur Bayramovun da adı var.

Xatirə Qasımova isə telekanalın Mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilərək eyni qurumun nəzdində fəaliyyət göstərən Televiziya Akademiyasına göndərilib. Eyni zamanda, telekanalın Şahin İbrahimov və Tural Həmidzadə  adlı əməkdaşları da tutduqları vəzifədən uzaqlaşdırılıblar.

Belə ki, Şahin İbrahimov Arif Alışanovun rəhbərliyi dövründə adıçəkilən televiziyada çəkilişlərdən kanala daxil olan qeyri-leqal pulları yığmaqla məşğul olduğu üçün o, “kassir Şahin” kimi  tanınıb. Daha sonra keçmiş rəhbərlik eyni missiyanı yerinə yetirməsi üçün onu  İTV-yə  göndərib. Lakin Balakişi Qasımovun İTV-in direktoru təyin edilməsindən az sonra AzTV-nin köhnə rəhbərliyinin təyin etdiyi bir sıra kadrlar, o cümlədən Şahin İbrahimov vəzifəsindən kənarlaşdırılıb.

Daha sonra Şahin İbrahimov yenidən AzTV-nin köhnə rəhbərliyi tərəfindən ora gətirilsə də,  bu dəfə yeni rəhbərliyin qərarı ilə işdən uzaqlaşdırılıb. Digər uzaqlaşdırılan Tural Həmidzadə isə İdman-Azərbaycan kanalında çalışırmış.

Qeyd edək ki, Aztv-də kadr islahatları davam edir, studiyalar yenidən qurulur, yaradıcı şəxslərə mühüm önəm verilir, canlı veriliş tok-şouların sayı artırılır. Bundan başqa, televiziya filmləri və tamaşalarının illik planı da artıq təsdiqlənib.

 

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Prezident əcnəbilər üçün vizanı sadələşdirdi – Sərəncam
Next: Təhsil naziri Ağcabədi şəhərində vətəndaşları qəbul edəcək

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.