Türkiyədə Mərmərə dənizinin Balıkəsir sahillərində 4,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ İstanbul, Bursa, Tekirdağ və Çanaqqalada da hiss olunub.
Təbiət hadisəsinin yerin 4,33 kilometr dərinliyində baş verdiyi açıqlanıb.