Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Prezident Rasim Balayevə zəng vurdu
  • Gündəm
  • Manşet

Prezident Rasim Balayevə zəng vurdu

rubinroot Mart 5, 2019
download

Prezident İlham Əliyev xalq artisti Rasim Balayevlə telefonla danışıb.

“Rubin.az” xəbər verir ki, bu barədə “Ölkə.Az”a Rasim Balayev özü məlumat verib.

O bildirib ki, bu gün prezidentlə telefonla danışıb:

“Təxminən on dəqiqə əvvəl cənab Prezident mənimlə telefonda danışdı. Bildirdi ki, bu, siyahını hazırlayanların günahıdır, onun mənə münasibəti deyil. Mən də təşəkkürümü bildirdim.

Cənab prezident həmçinin bu il kino sahəsinə 5 milyon ayrıldığını qeyd edib. Növbəti ildən kinoya vəsait ayrılması büdcəyə salınacaq. Məndən soruşdu ki,  görüşdə iştirak etsəydin, nə təklifin olacaqdı? Bildirdim ki, mənim təkliflərim Mehriban Zəkinin fikirləri ilə üst -üstə düşür”.

Xatırladaq ki, R.Balayev  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə dəvət edilmədiyi üçün mətbuata açıqlama vermişdi və siyahını hazırlayanların onu nəzərə almadıqlarını vurğulamışdı.

Onu da əlavə edək ki, M. Zəki çıxışında kinoya diqqətin artırılmasını xahiş etmişdi.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Nazir Rasim Balayevin görüşə çağrılmamasından danışdı: “Üzr istəyirəm..”
Next: Prezident teatrlarla bağlı sərəncam imzaladı

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.