Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Dünya Bankının “Business Ready” hesabatına dair müzakirələr keçirilib
  • İqtisadiyyat

Dünya Bankının “Business Ready” hesabatına dair müzakirələr keçirilib

rubinroot Noyabr 2, 2023
WorldBank-1-7-2

Dünya Bankının “Business Ready” adlı beynəlxalq qiymətləndirmə hesabatının “Biznesin müflisləşməsi” indikatoru üzrə biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupunun iclası keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, Bakı Apellyasiya Məhkəməsinin hakimi, “Biznesin müflisləşməsi” İşçi qrupunun rəhbəri Ramin Qaraqurbanlı, Məhkəmə-Hüquq Şurası, Azərbaycan Mərkəzi Bankı, Ali Məhkəmə, Vəkillər Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Ədliyyə və İqtisadiyyat nazirliklərinin aidiyyəti rəhbər şəxsləri, özəl sektordan “BM Morrison Partners”, “Ekvita” və “Pricewaterhouse” şirkətlərinin nümayəndələri iştirak ediblər.

R.Qaraqurbanlı İşçi qrupunun qarşısında duran prioritet vəzifələr və biznesin müflisləşməsi sahəsinin daha da inkişaf etdirilməsi ilə əlaqədar ötən dövrdə görülən işlər barədə məlumat verib. O, qeyd edib ki, ölkəmiz uzun illərdir Dünya Bankı ilə sıx əməkdaşlıq edir və müxtəlif istiqamətlərdə dünyada təqdir olunan birgə mühüm layihələr gerçəkləşdirilir. Bu sahədə “Biznesin müflisləşməsi” İşçi qrupu öz mandatına uyğun olaraq müflisləşmə sahəsində mövcud vəziyyətinin qiymətləndirilməsi, kommersiya məhkəmələrində fəaliyyət göstərən hakimlər sırasında müflisləşmə işlərinə baxan hakimlərin ixtisaslaşdırılması üzrə təkliflər təqdim edir, müflisləşmə üzrə institusional və qanunvericilik təkliflərinin verilməsi təşəbbüsü ilə çıxış edir, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə müvafiq xarici ekspertləri cəlb edir.

Tədbirdə ölkəmizdə müflisləşmə prosedurunun qiymətləndirilməsi, beynəlxalq təcrübə nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsi və biznes mühitinin daha əlverişli hala gətirilməsi məqsədilə Dünya Bankının Almaniyadan cəlb etdiyi müflisləşmə üzrə beynəlxalq ekspert Arne Engels İşçi qrupunun üzvlərinə təqdim olunub. Eyni zamanda, iclasda “B-READY” hesabatının “Biznesin müflisləşməsi” indikatoru üzrə Dünya Bankı Qrupunu hazırladığı sorğu anketinə verilən cavablar, 2022-2023-cü illər üzrə Yol Xəritəsinin icra vəziyyəti müzakirə olunub, İşçi qrupun üzvləri sırasında müəyyən dəyişikliklər aparılıb, gələcək fəaliyyət üzrə tədbirlər müəyyən edilib.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Yeni səfirimiz etimadnaməsini İraq Prezidentinə təqdim etdi – FOTOLAR
Next: Azərbaycan Kubokunun püşkü atıldı

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.