İsrailin atəşə tutması və bombalaması nəticəsində Qəzza zolağında ölənlərin sayı 8 mini keçib.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
“Son 24 saat ərzində qurbanların sayı 300-dən çox artıb”, – departamentin “Əl Hadat” telekanalına istinadən verdiyi açıqlamada deyilir. Daha əvvəl 7,7 min nəfərin öldüyü bildirilirdi.
Oktyabrın 7-dən Qəzzada silahlı qarşıdurma başlayandan bəri 19 min adam yaralanıb.