Milli Məclis sədrinin müavini Adil Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə birlikdə Türkiyə Respublikasının Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, TADİV-in rəhbəri Aygün Attar rəhbrəlik etdiyi nümayəndə heyəti ilə və İğdır valisi Ercan Turanla görüşüb.
Rubin.az xəbər verir ki, görüşdə ölkələrimiz arasındakı dostluq, strateji əməkdaşlıq məsələləri müzakirə edilib. Millət vəkili qeyd edib ki, bu gün dünyada Azərbaycan-Türkiyə kimi bir-birinə yaxın olan ikinci bir dövlət yoxdur, hər iki ölkənin Prezidentlərinin dostluğunun timsalında ölkələrimiz arasındakı əməkdaşlıq bugünkü səviyyəyə qalxıb.