Cümə axşamı, 15 Oktyabr 2026 12:42:08 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
İdman

Azərbaycan kikboksçusu qızıl medal QAZANDI

27.10.2023 20:50 · 2 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycan kikboksçusu Amin Quliyev Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən III Ümumdünya Kombat Oyunlarında qızıl medal qazanıb.

“Unikal”xəbər verir ki, o, finalda ötən il Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəylik Oyunlarının qalibi olan Əli Atabərk Gürbüzcanla qarşılaşıb.

“Lou kik” üzrə 60 kq çəki dərəcəsində keçirilən döyüşdə gənc idmançı türkiyəli rəqibinə qalib gələrək multiidman yarışının qızıl medalına yiyələnib.

Xatırladaq ki, bu, multiidman yarışında Azərbaycan Kikboksinq Federasiyası idmançılarının bu il qazandığı ikinci böyük uğurdur. Daha əvvəl Fərid Ağamoğlanov Polşanın Mışlenitse şəhərində keçirilən III Avropa Oyunlarının qalibi olmuşdu.

↑