Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Aqil Acalov Azərbaycan Brazilya Jiu-Jitsu Klubu İctimai Birliyinin prezidenti seçilib – Fotolar
  • İdman

Aqil Acalov Azərbaycan Brazilya Jiu-Jitsu Klubu İctimai Birliyinin prezidenti seçilib – Fotolar

rubinroot Mart 4, 2019
53435076_397412034377885_241745854912790528_n

Azərbaycan Respublikası Braziliya Jiu-Jitsu Klubu İctimai Birliyinə prezident seçilməsi ilə bağlı mətbuat konfransı keçirilib.

“Rubin.az”  xəbər verir ki, Braziliya Jiu-Jitsu Klubu İctimai Birliyinin yeni prezidenti Aqil Acalov olub. Qeyd edək ki, Aqil Acalov həm də Beynəlxalq Avrasiya Kombat Ciu-citsu Federasiyasının prezidentidir. Bundan başqa federasiyanın vitse-prezidenti Murad Cəfərov da Azərbaycan Braziliya Jiu-Jitsu Klubu İctimai Birliyinin vitse-prezidenti seçilib. Tədbiri giriş sözü ilə açan Braziliya Jiu-Jitsu Klubu İctimai Birliyinin təsisçisi Taleh Həsənov bu idman növünün atrıq 2006-2007-ci illərdən Azərbaycana gəldiyini vurğulayıb. 2010-cu ildə İstanbulda seminarda iştirak edən Taleh Həsənov Azərbaycana qayıtdıqdan sonra 2012-ci ildə bu klubu təsis etdiyini deyib. Azərbaycan Respublikası Braziliya Jiu-Jitsu Klubu İctimai Birliyinin yarandığı gündən bu yana bu idman növünün ölkəmizdə yayılması üçün böyük işlər görülüb. Klubun artıq bir çox rayon və şəhərlərdə, həmçinin bir neçə xarici ölkədə də məktəbləri mövcuddur. Hər il respublika səviyyəsində bir çox yarış və birinciliklər keçirilir. Artıq beynəlxalq arenada da klub özünü göstərə bilmiş və beynəlxalq yarışlarda uğur əldə etmiş idmançıların yetişdirilməsinə nail olmuşdur. Daha sonra tədbirdə çıxış edən Aqil Acalov bu idman növünün dünya miqyasında kifayət qədər populyar bir brend olduğunu vurğulamış, bundan sonra da bu idman növünün ölkəmizdə yayılması üçün əlindən gələni edəcəyini deyib.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Nərgiz Paşayeva Rusiya Təhsil Akademiyasının akademiki seçilib
Next: Damla intim görüntülər haqda: “Oğluma göstərdim onları”

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.