Cümə axşamı, 15 Oktyabr 2026 14:20:15 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Digər

Hava xəbərdarlığı: Güclü külək, leysan…

15.10.2023 17:23 · 1 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Milli Hidrometeorologiya Xidməti qeyri-sabit hava şəraiti barədə xəbərdarlıq edib.

Xidmətdən  verilən məlumata görə, Bakıda və Abşeron oktyabrın 16-sı günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Oktyabrın 17-də şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Oktyabrın 16-da bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Mərkəzi Aran, Naxçıvan MR, Balakən-Şəki) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

↑