Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • DYP futbol azarkeşlərinə müraciət etdi
  • İdman

DYP futbol azarkeşlərinə müraciət etdi

rubinroot Oktyabr 14, 2023
dyp

DYP oktyabrın 16-da Azərbaycan-Avstriya matçının keçiriləcəyi stadiona gələcək azarkeşlərə müraciət edib.

RUBİN.AZ  xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli azarkeşlərin ictimai nəqliyyata üstünlük verməsini bildirib: “Oktyabrın 16-da AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanın futbol üzrə milli komandası Avstriya yığması ilə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da qarşılaşacaq.

Məlum olduğu kimi, Tofiq Bəhramov adına Respublika stadionu ictimai nəqliyyat üçün əlverişlidir. Belə ki, ərazidə metronun “Gənclik” stansiyasının olması, avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızın oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərdən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər.

Bir daha azarkeşlərdən əsasən ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə bir saat əvvəldən gəlməyi tövsiyə edirik”.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: 598-ci gün: Rusiyanın itkiləri açıqlandı
Next: İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının bəyanatı

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.