Çərşənbə axşamı, 24 Noyabr 2026 19:11:11 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
24 Noyabr 2026
SON XƏBƏRLƏR
“Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00
Manşet

Vitse-spiker Adil Əliyev: “Soyqırım cinayəti törədən dövlətlər məsuliyyətdən yayınmağa çalışır”

14.10.2023 11:16 · 3 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Ermənistan hakimiyyətinin yeganə xilası sülh müqaviləsinin imzalanmasından keçir. Rusiya Federasiyasının iştirakı ilə 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatdan sonra, təəssüf ki, Ermənistan üç ilə yaxın müddət ərzində sülh müqaviləsini imzalamayıb. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, Ermənistanın hələ də müqaviləni  imzalamaması Ermənistanın ikili mövqe sərgiləməsini göstərir.  Baxmayaraq ki, keçən il beynəlxalq tərəfdaşların iştirakı ilə qəbul edilmiş Bəyanatla hər iki ölkə Alma-Ata bəyannaməsinin tərəfdarı olduqlarını qeyd etdilər.

Ermənistan həmin bəyannamənin tələblərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə ehtiram göstərəcəyini elan etdi. Lakin sonradan atdığı qıcıqlandırıcı addımlar, səsləndirdikləri fikirlərlə əməlləri arasındakı ciddi uçurumu göstərdi. Təxribatlara son qoyulması barədə edilən çoxsaylı çağırışlar təəssüf ki, nəticəsiz qaldı. Vəziyyət daha da mürəkkəbləşdi, Ermənistanın baş naziri qondarma “Dağlıq Qarabağ respublikasının” yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu göndərdi, sentyabrın 9-da qondarma hakimiyyət orqanlarına “seçki” keçirməklə sülhün qarşısında olduqlarını təkrar nümayiş etdirdilər.

Separatçılar tərəfindən törədilmiş təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusu tərəfindən bu ilin 20 sentyabr tarixində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri qısa zaman kəsiyində öz effektini verdi. 24 saatdan da az müddət ərzində separatçılar təslim oldu. Artıq bütün əməliyyatlar başa çatıb və Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının cəmiyyətə reinteqrasiyasına nail olunması istiqamətində bütün addımlar atılır. Azərbaycanın dövlət qurumları erməni əsilli vətəndaşların hüquqlarını təmin edir və onların müraciətlərinə baxaraq qısa zaman kəsiyində həll edirlər. İnteqrasiya prosesini sürətləndirmək məqsədilə Azərbaycan Hökumətinin nümayəndəsi ilə erməni icması arasında görüşlər keçirilib.

Lakin, Ermənistan hələ də sülh müqaviləsinin imzalanması məqsədilə əməli addım atmır. Azərbaycanın iştirak etmədiyi görüşdə iştirak edir, əksinə region üçün vacib olan məsələlərin müzakirəsinə aid Bişkek görüşündə iştirakdan yayınır.

Fransa Ermənistanı uçuruma sürükləyir!

Ermənistanı hər addımda uçuruma sürükləyən dövlət təbii ki, Fransadır. Məhz Fransa hakimiyyəti ölkəsində olan xaosu gizlətmək məqsədilə problemləri Ermənistana ötürür. Əli milyonlarla əlcəzairlinin qanına batmış Fransa, törətdiyi soyrıqımların unudulduğunu düşünərək 20-ci əsrin ən faciəli hadisəsi olan Xocalı soyqırımını törədənlərə dəstək nümayiş etdirir. Azərbaycanın beynəlxalq hüquqla tanınmış əraziləri daxilində öz suverenliyini bərqərar etmək kimi hüquqi addımının qarşısında dayanmağa cəhd edir.

Fransanın Qərbdə cəhd etdiyi və ölkəmizi mövcud konyunkturadan kənarda saxlamağa yönəlmiş əməlləri tam qanunsuzdur, həm də ki, nəticəsizdir. Təbii ki, Fransa bunu bilir, yeganə məqsədi törətdiyi cinayətlərə görə məsuliyyətdən yayınmaqdır. Artıq hər kəs əmindir ki, separatçılara bu illər ərzində ən böyük dəstəyi də məhz Fransa verib.

Vətən Müharibəsində bu ölkənin sərgilədiyi mövqeyə cənab Prezident İlham Əliyev kəskin şəkildə bildirmişdir ki, “əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyin etmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər. Qoy Korsikaya müstəqillik versin, qoy basklara müstəqillik versin. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var?”

Ermənistana istənilən dövlətin təsirindən asılı olmayaraq, qərarı özü qəbul etməlidir. Bir dövlət olaraq mövcudluğunu davam etdirmək istəyirsə sülh müqaviləsinə imza atmalı və regionda sabitliyin inkişafına töhfəsini verməlidir.

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev.

↑