Millət vəkili Qənirə Paşayeva İkinci Fəxri Xiyabanda dəfn olunub.
Əvvəlcə mərhumla Heydər Məscidində keçirilən mərasimdə mərhum deputatın ailə üzvləri, yaxınları, ölkə ictimaiyyəti, Milli Məclisin deputatları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.
Mərhumla vida mərasimi yekunlaşdıqdan sonra İkinci Fəxri Xiyabanda dəfn edilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfn mərasiminə əklil göndərib.
***
10:20
Millət vəkili Qənirə Paşayeva ilə vida mərasimi başa çatıb.
Heydər Məscidində keçirilən mərasimdə mərhum deputatın ailə üzvləri, yaxınları, ölkə ictimaiyyəti, Milli Məclisin deputatları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.
***
09:51
Millət vəkili Qənirə Paşayeva ilə vida mərasimi keçirilir.
Heydər Məscidində keçirilən mərasimdə mərhum deputatın ailə üzvləri, yaxınları, ölkə ictimaiyyəti, Milli Məclisin deputatları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edir.
Mərhumla vida mərasimi yekunlaşdıqdan sonra İkinci Fəxri Xiyabanda dəfn ediləcək.
Xatırladaq ki, 24 sentyabrda səhhətində yaranan problemlə əlaqədar Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən deputat 4 gün komada qaldıqdan sonra dünən axşam saatlarında vəfat edib.
Qənirə Paşayeva Milli Məclisin 3, 4, 5 və 6-cı çağırış üzrə deputatı və Mədəniyyət Komitəsinin sədri olub.