Çərşənbə axşamı, 24 Noyabr 2026 02:42:55 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
24 Noyabr 2026
SON XƏBƏRLƏR
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00
Gündəm

Nazirlər Ümumdünya Xüsusi Yay Oyunlarına hazırlaşan atletlərimizlə görüşüblər- Fotolar

04.03.2019 21:50 · 491 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev və komitənin vitse-prezidenti, millət vəkili Fazil Mustafa Bakı İdman Sarayında martın 14-22-də Birləşmiş Ərəb Əmirliklərində (Əbu-Dabi) keçiriləcək Ümumdünya Xüsusi Yay Oyunlarına hazırlaşan atletlərimizlə görüşüblər.
“Rubin.az” xəbər verir ki,vvvəlcə atletlərimizin təlim-məşq prosesinə və sağlamlıq imkanları məhdud uşaqların hazırladıqları musiqili kompozisiyaya baxış olub. Nazirlər S.Babayev və A.Rəhimov müxtəlif yarışlarda uğurlu nəticələr göstərmiş gənc atlet Həbib Tağıyevlə tennis oynayıb, idmançılarla söhbət edib, KİV-ə müsahibə veriblər.
A.Rəhimov Prezident cənab İlham Əliyevin idmana yüksək qayğısından bəhs edib, xüsusi olimpiyaçıların da yeni uğurlar qazanmasına şərait yaradıldığını qeyd edib. O, Ümumdünya Xüsusi Yay Oyunlarında dünyanın 170-dən artıq ölkəsini təmsil edən 7 mindən artıq xüsusi olimpiya idmançısının iştirak edəcəyini deyib. Nazir yarışlarda Azərbaycanı 56 idmançı təmsil edəcəyini, onların idmanın on növündə yarışacaqlarını bildirib.
S.Babayev əlilliyi olan şəxslərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılmasının Prezident cənab İlham Əliyevin sosial siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. O bu sahədə aparılan işlərdən biri kimi, əlilliyi olan şəxslər arasında idman tədbirlərinin təşkilinin, eyni zamanda beynəlxalq yarışlarda iştirak etmələrinin dəstəkləndiyini qeyd edib. Nazir bildirib ki, xüsusi olimpiya idmançılarımızın Əbu-Dabi keçiriləcək Ümumdünya Xüsusi Yay Oyunlarında iştirakına da dəstək verilib. Bu Oyunlarda iştirak edəcək heyətin arasında nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrindən də nümayəndələr var. Heydər Əliyev Fondunun dəstəyi ilə həmin müəssisələrdə müasir standartlara uyğun yaşayış və reabilitasiya, həmçinin müxtəlif idman növləri ilə məşğul olmaları üçün şərait yaradılıb.
Azərbaycan Xüsusi Olimpiya Komitəsi bu gün 5 minə yaxın idmançını özündə birləşdirir. Komitənin prezidenti Ş.Əliyev Xüsusi Olimpiya Təşkilatı ilə fəal əməkdaşlıq etdiklərini deyib. O, dövlətin daimi dəstəyi şəraitində ölkəmizdə xüsusi olimpiya hərəkatının daim genişləndiyini vurğulayıb.
Tədbir iştirakçıları idmançılarımıza Xüsusi Yay Olimpiya Oyunlarında uğurlar arzulayıblar.
İlk dəfə Xüsusi Yay Olimpiya Oyunları 1968-ci ildə Çikaqoda (ABŞ) keçirilib. Xüsusi Olimpiya Təşkilatı tərəfindən təşkil olunan bu oyunlar əqli əlillikləri olan insanların öz atletik bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması üçün təşkil olunan qlobal inklüzivlik hərəkatıdır. Ölkəmizdəki xüsusi olimpiya atletlərinin də həmin oyunlarda iştirakı təşkil edilir. Ötən dövrdə idmançılarımız ABŞ-ın Kaliforniya ştatının Los-Angeles şəhərində Xüsusi Olimpiya Oyunlarında atletika, badminton, cüdo, stolüstü tennis, pauerliftinq və üzgüçülük növlərində uğurlu nəticələr göstərərək ölkəmizə 24, o cümlədən 8 qızıl, 11 gümüş və 5 bürünc medalla qayıdıblar.
Atletlərimizin Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirakı Gənclər və İdman Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə təşkil olunur.

↑