Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Mehriban Əliyeva Bəhram Bağırzadəni qəbul edib
  • Manşet

Mehriban Əliyeva Bəhram Bağırzadəni qəbul edib

rubinroot Mart 4, 2019
download (3)

Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva martın 4-də əməkdar artist Bəhram Bağırzadəni qəbul edib.

“Rubin.az” Trend-ə istinadən xəbər verir ki, görüşdə martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə B.Bağırzadənin Bakıda görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə heykəl ucaldılması ilə bağlı irəli sürdüyü təklif müzakirə olunub.

B.Bağırzadə bildirib ki, hər şeyin belə tez baş verəcəyini gözləmirdi: “Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşümüzdən cəmi bir neçə gün keçib və məni yenə dəvət etdilər, Hacı Zeynalabdin Tağıyevin heykəli ilə bağlı fikirlərimi dinlədilər. Görüşdə ilkin olaraq heykəlin ucaldılacağı ərazinin müəyyən edilməsi barədə razılığa gəlindi. Bunun üçün şəhərin mərkəzində beş-altı yer təklif olundu.

Seçimi peşəkarlar – şəhərsalma üzrə mütəxəssislər, memarlar və heykəltəraşlar edəcəklər. Sonra heykəltəraşlar arasında müsabiqənin elan ediləcəyi gözlənilir və onlar öz işlərini təqdim edəcəklər. Komissiya yaradılacaq, ən yaxşı iş seçiləcək. Müsabiqədə tələbələrdən tutmuş ən tanınmış peşəkarlara qədər hər kəs iştirak edə biləcək”.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Prezidentdən İlham Əliyev sərəncam imzalayıb – Teatrlara pul ayrıldı
Next: “İlham Əliyev Paşinyanı asanlıqla məğlub etdi” – Koçaryan

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.