Cümə axşamı, 15 Oktyabr 2026 12:42:08 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
İdman

Adil Əliyev qələbə qazanmış idmançılarımızı təbrik etdi

06.09.2023 23:25 · 2 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Milli Məclis sədrinin müavini, millət vəkili Adil Əliyev Kikboksinq üzrə İstanbulda keçirilən Kadetlər, yeniyetmə və gənclər arasında WAKO Avropa Birinciliyində  qələbə qazanmış idmançılarımızı təbrik edib: 

“Kikboksinq üzrə İstanbulda keçirilən Kadetlər, yeniyetmə və gənclər arasında WAKO Avropa Birinciliyi başa çatdı. Azərbaycan Kikboksinq Federasiyasının idmançıları yüksək peşəkarlıqla hazırlaşdıqları yarışda uğurlu çıxış edərək, bizi sevindirdilər. Ümumilikdə 63 müxtəlif əyarlı medal qazanmış idmançılarımız 16 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq, himnimizi səsləndirmiş, bayrağımızı yüksəltmişlər. Eyni zamanda Milli Komandanın baş məşqçisi Hikmət Hacıyev “Ən yaxşı baş məşqçi” adına layiq görülmüşdür. Qələbə qazanmış idmançılarımızı, məşqçilərimizi bir daha səmimi qəlbdən təbrik edir, uğurlarının davamlı olmasını diləyirəm”-deyə Adil Əliyev qeyd edib.

↑