Çərşənbə axşamı, 24 Noyabr 2026 02:42:54 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
24 Noyabr 2026
SON XƏBƏRLƏR
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00
Gündəm

Büdcədən maliyyələşdirilən sahələrdə çalışan işçilərin yeni maaşları təsdiqlənib

03.03.2019 13:20 · 5. 196 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri artırılıb.

“Rubin.az” xəbər verir ki, ONA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri” yeni redaksiyada təsdiq edib.

Beləliklə, professor və ya elmlər doktoruna bütün tipdən olan ümum-təhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri və fəhlələrə keçirilən tədris məşğələlərinin 1 saatı  üçün verilən məbləğ 5,35 manatdan 7,41 manata, xüsusi təyinatlı (hərbi, dövlət təhlükəsizliyi və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyicilərinə keçirilən tədris məşğələlərinin 1 saatı  üçün verilən məbləğ 6,35 manatdan 8,79 manata, doktorantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyicilərinə keçirilən tədris məşğələlərinin 1 saatı  üçün verilən məbləğ 7,65  manatdan 10,60  manata qaldırılıb.

Dosent və ya fəlsəfə doktoruna bütün tipdən olan ümum-təhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri və fəhlələrə keçirilən tədris məşğələlərinin 1 saatı  üçün verilən məbləğ 3,55 manatdan 4,92 manata, xüsusi təyinatlı (hərbi, dövlət təhlükəsizliyi və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyicilərinə keçirilən tədris məşğələlərinin 1 saatı  üçün verilən məbləğ 4,60 manatdan 6,37 manata, doktorantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyicilərinə keçirilən tədris məşğələlərinin 1 saatı  üçün verilən məbləğ 5,35 manatdan 7,41 manata  yüksəldilib.

Elmi dərəcəsi, elmi adı olmayan şəxslərə bütün tipdən olan ümum-təhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri və fəhlələrə keçirilən tədris məşğələlərinin 1 saatı  üçün verilən məbləğ 2,75 manatdan 3,81 manata, xüsusi təyinatlı (hərbi, dövlət təhlükəsizliyi və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyicilərinə keçirilən tədris məşğələlərinin 1 saatı  üçün verilən məbləğ 3,10 manatdan 4,29 manata, doktorantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyicilərinə keçirilən tədris məşğələlərinin 1 saatı  üçün verilən məbləğ 3,55 manatdan 4,92 manata qaldırılıb.

Əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxil edilir. Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 8,79 manat, dosent və ya fəlsəfə doktoru üçün 6,37 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 4,29 manat məbləğində müəyyənləşdirilir. Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 5,61 manat, çılpaq naturada isə 9,28  manat məbləğində müəyyən olunur. Əməyin saathesabı ödənilməsi məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil edilir.

↑