Cümə axşamı, 15 Oktyabr 2026 11:09:18 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Gündəm

Sərhəd toqquşması: ermənilərin itkilərinin sayı artdı – Rəsmi

01.09.2023 19:18 · 4 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Ermənistan Müdafiə Nazirliyi sərhəddə baş verən toqquşmada iki əsgərinin öldüyünü təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

Nazirlik daha bir əsgərinin yaralandığını bildirib.

Daha təfərrüatlı məlumatın az sonra yayılacağı bildirilib.

Qeyd edək ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə 3 hərbçimiz yaralanıb.

Ordumuz cavab tədbirləri görür.

***

Ermənistan MN ölən hərbçilərinin sayının 4-ə qalxdığını açıqlayıb.

Daha bir əsgərin isə yaralandığı bildirilib.

***

Ermənistan ölən hərbçilərinin adlarını açıqlayıb.

Onlar Andranik Arşakoviç Antonyan, Arsen Aleksandroviç Mkrtiçyan, Vaçaqan Saroeviç Vardanyan və Narek Karenoviç Poqosyandır.

↑