Cümə axşamı, 15 Oktyabr 2026 14:38:49 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Təhsil

“Gənc müəllimlərlə işin nəzarətə götürülməsi vacibdir”-Nazir müavini

02.03.2019 20:57 · 3. 073 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“Hazırda ölkə üzrə ümumilikdə 2 şəhər təhsil idarəsi, 2 şəhər təhsil şöbəsi, 60 rayon təhsil şöbəsi və bu qurumların tabeliyində 4445 məktəb fəaliyyət göstərir”.

“Rubin.az” xəbər verir ki, bu barədə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirədə məlumat verib.

O deyib ki,müəllimlərin mərkəzləşmiş qaydada işə qəbulu üzrə müsabiqəyə 2015-ci ildə 21795 nəfər müraciət edib, onlardan 2200-ü işə qəbul olunub. Ötən il isə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 50697 nəfər müraciət edib, onlardan 8500 nəfər daimi əsaslarla işə qəbul olunub. Həmin müəllimlərin 48 faizi müddətsiz, 52 faizi müddətli müqavilə ilə fəaliyyət göstərir. Nazir müavini yerlərdə  gənc müəllimlərlə işin nəzarətə götürülməsi və onların istiqamətləndirilməsinin vacib olduğunu qeyd edib.

 

↑