Dominikan Respublikasının cənubundakı San-Kristobal əyalətində plastik materiallar fabrikində partlayışla müşayiət olunan yanğın baş verib.
APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hadisə nəticəsində 10 nəfər ölüb, 28-i yaralanıb.
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.
Səlahiyyətlilər hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.