Fövqəlada Hallar Nazirliyində (FHN) yeni təyinat olub.Yəhya Babanlı FHN mətbuat xidmətinə rəhbər təyin edilib.
“Rubin.az” xəbər verir ki,məlumatı Yəhya Babanlı SalamNews-a təsdiq edib.
“Əvvəla, Cənab Nazirə öz dərin minnətdarlığımı bildirirəm. Etimad olduqca məsuliyyətli və şərəflidir. Bütün qüvvəmizi səfərbər edərək işimizlə bunu doğrultmaq ümdə vəzifəmizdir. Məlumdur ki, FHN-nin fəaliyyət istiqaməti geniş spektorlu və çox funksiyalıdır. Bir müddət lazımdır ki, bu sahənin mətbuatla işinin yeni mərhələdə inkişafına nail olaq. Xahiş edirəm ki, bunu nəzərə alacasınız.
İnanıram ki, mənə doğma olan mətbuat – həmkarlarım həyati vacib əhəmiyyətli FHN-yi ilə KİV arasında qarşılıqlı faydalı işin qurulmasında mənə dəstək göstərəcək və qarşıya qoyulmuş yeniliklər ilə bağlı tapşırıqların öhdəsindən birgə layiqincə gələcəyik” Y.Babanlı deyib