Bazar, 29 Noyabr 2026 16:27:52 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00
Elm

Pedaqoji işçilərə şamil edilən bütün imtiyazlar orta məktəblərdə çalışacaq müəllim köməkçiləri, məsləhətçilər, tərbiyəçilər…

28.02.2019 22:30 · 9. 401 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Pedaqoji işçilərə şamil edilən bütün imtiyazlar orta məktəblərdə çalışacaq müəllim köməkçiləri, məsləhətçilər, tərbiyəçilər, difektoloq, loqopedlərə də tətbiq ediləcək.

“Rubin.az” xəbər verir ki,bu barədə “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev məlumat verib. Onun sözlərinə görə, “Ümumi təhsil haqqında” yeni qanun layihəsində ümumi təhsil prosesinin iştirakçılarını əhatə edən yeniliklər var: “21.0.3 maddəsində ümumi təhsil prosesinin iştirakçıları müəyyən edilir və bu prosesdə iştirak edən pedaqoji işçilər siyahısında çağırışaqədərki hazırlıq rəhbərləri, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, uşaq birliyi rəhbərləri, laborantlar, sosial xidmət sahəsinin işçiləri, metodistlər, təhsili idarəetmə orqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin təlim-tərbiyə işi ilə məşğul olan rəhbərləri də sadalanır”.

 

Millət vəkili hesab edir ki, 5 fəsil 33 maddədən ibarət layihədə indiyədək pedaqoji işçi sayılmayan həmin şəxslərin əmək haqqının artırılmasının hüquqi mexanizmi də əksini tapıb: “Qanunla artıq pedaqoji işçilər sayılacaqlarından onların əmək haqqı artımı, məzuniyyət məsələləri həll edilir. Onlar artıq Təhsil Nazirliyi tərəfindən həyata keçirilən qiymətləndirilmə, sertifikatlaşdılma ilə bağlı islahatlardan kənarda qalmayacaq, nəticədə maaşları müvafiq qaydada artacaq. Yəni, pedaqoji işçi sayılmayanların əmək haqqının artırılmasının hüquqi mexanizmi indiyədək bir qədər qeyri-dəqiq idi. Yeni qanunla bu mexanizm artıq var. Nəzərdə tutulub ki, pedaqoji işçilərə tətbiq edilən qayda onlara da aid ediləcək”.

 

Qeyd edək ki, “Ümumi təhsil haqqında” qanun layihəsi Milli Məclisdə ikinci oxunuşda qəbul edilib. Qanunun məqsədi vətəndaşların ümumi təhsil sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnu, ümumi təhsil prosesi iştirakçılarının hüquq və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibəti tənzimləməkdən və ümumi təhsilin təşkilati-hüquqi bazasını yaratmaqdan ibarətdir.

↑