Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Orta məktəbdə oldu, kilsədə şam yandırdı – Zurabişvili Qaxda
  • Gündəm
  • Rəsmi

Orta məktəbdə oldu, kilsədə şam yandırdı – Zurabişvili Qaxda

rubinroot Fevral 28, 2019
w_1615513474943997038290_1000x669

Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 28-də Qax rayonuna səfər edib.

“Rubin.az” xəbər verir ki, Zurabişvilinin Zaqatala Beynəlxalq Hava Limanında Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Azər Hüseyn, ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və digər rəsmi şəxslər qarşılayıblar.

Sonra ali qonaq və onu müşayiət edən nümayəndə heyəti Qax rayonuna yola düşüb.

Gürcüstan Prezidenti Qax rayonunun Qaxingiloy kənd tam orta məktəbi ilə tanış olub. Salome Zurabişvili məktəbin sinif otaqlarını gəzib, müəllim və şagirdlərlə söhbət edib. Məktəbin şagirdləri Azərbaycan və gürcü dillərində şeirlər söyləyiblər.

Zurabişvili daha sonra Qax rayonunun Qaxingiloy kəndində yerləşən “Müqəddəs Georgi” kilsəsini ziyarət edib.

Prezident kilsədə şam yandırıb. Burada dini ayin icra olunub.

Zurabişvili, həmçinin Qax şəhərinin qədim tarixi hissəsi – “İçəribazar” tarix-mədəniyyət kompleksi ilə tanış olub.

 








About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: “10 000 dollara qədər kreditlərin bütün faiz borcları silinəcək”
Next: Pedaqoji işçilərə şamil edilən bütün imtiyazlar orta məktəblərdə çalışacaq müəllim köməkçiləri, məsləhətçilər, tərbiyəçilər…

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.